Azərbaycan və Ermənistanın Avrasiya İttifaqında üzvlüyü Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dolayısı ilə yardım edə bilər. Rusiyalı ekspert, Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin professoru İqor Orlov belə hesab edir.
“hər iki tərəfin qəbul etdiyi ümumi qaydalar üzrə dövlətlərarası dialoq – köhnəlmiş münaqişələrin həllinə ilk addımdır”, - deyə İ.Orlov “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan və Ermənistanın Avrasiya İttifaqında üzvlüyünü gətirə biləcəyi üstünlüklər barədə danışaraq bildirib.
“Ancaq inteqrasiya kiməsə qarşı “dostluğu” təşkil etməməlidir”, - deyə o vurğulayıb.
Bundan başqa, alim hesab edir ki, ölkələr arasında münasibətlərin yaxşılaşmasına energetika, yüksək texnologiyalar, sosial inkişaf, mədəniyyət və təhsil sahələrində birgə proqramlar şərait yaradacaq.
İ.Orlov qeyd edib ki, ümumilikdə Birliyin saxlanılmasında maraqlı olan MDB üzvləri Avrasiyaya inteqrasiya perspektivləri barədə düşünmək lazım olacaq. “Çünki malların, xidmətlərin, kapitalın və əmək resurslarının azad hərəkəti yalnız Rusiyaya əlverişli deyil. Burada iqtisadi praqmatizm “sovet imperiyası”nın bərpası siyasi qorxulardan üstün ola bilər”, - deyə alim vurğulayıb.