Bakıda cümə axşamı balıqçı gəmisində təmir işləri zamanı baş verən partlayış nəticəsində dörd nəfər həlak olub. Bu barədə ANS televiziya kanalı məlumat verib.
Gəmi paytaxtın Xətai rayonunun ərazisində yerləşən Gəmi Təmiri Zavodunda olub.
İlkin məlumatlara görə, patrlayış qaynaq işləri aparılan zaman qaz sızması nəticəsində baş verib.
Partlayış nəticəsində gəmidə yanğın əmələ gəlib, hazırda Fövqəlada Hallar Nazirliyinin qüvvələri onun söndürülməsi ilə məşğul olur.