2011-ci ilin yekunlarına əsasən, əhalinin bank əmanətləri bazarında Azərbaycan Beynəlxalq Bankının (ABB) payı 41% təşkil edib. Bu barədə bankın məlumatında deyilir.
ABB-nin məlumatına əsasən, 2011-ci ildə bankda əhalinin əmanətlərinin həcmi 40% - 968 mln. 996 min manatadək artıb.
“Müqayisə üçün, 2002-ci ildə ABB-də əhalinin əmanətlərinin həcmi $50 mln. təşkil edib”, - deyə məlumatda qeyd edilir.
ABB 1992-ci ildə yaradılıb və respublikanın ən iri bankıdır. Bankın kapitalında 50,2% pay dövlətə, 49,8% isə özəl səhmdarlara məxsusdur. Ümumilikdə, ABB səhmdarları 14 hüquqi və 1556 min fiziki şəxsdir.
ABB 2010-cu ilin yekunları üzrə “İnterfaks-İTM”in hazırladığı “İnterfaks-1000: MDB bankları” renkinqində aktivlərinin həcminə görə MDB bankları arasında 30-cu yeri tutub.