Azərbaycan Ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb. Bu barədə “İnerfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Müdafiə naziri Səfər Əbiyevin komandanlığı altında keçirilən təlimlərə Quru Qoşunları
və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub.
Məlumata görə, həftənin sonunadək davam edəcək təlimlərdə son illər Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi ən müasir döyüş texnikası və silahlardan istifadə olunacağı nəzərdə tutulur.