Milli Məclisin bir qrup deputatı Avronest Parlament Assambleyasının Sosial komitəsinin iclasında iştirak üçün Ermənistana yola düşüb.
Milli Məclisdən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, Azərbaycan Milli Məclisinin deputatları Rövşən Rzayev, Fərəc Quliyev və Azay Quliyevin iştirakı ilə 21-23 fevral tarixlərində keçirilən Avronest Parlament Assambleyasının Sosial komitəsinin iclasında tərəfdaş-ölkələrdə vətəndaş cəmiyyətinin inkişaf məsələləri, yoxsulluq səviyyəsinin azalması strategiyası, vətəndaş cəmiyyətində və parlamentlərdə qadınların və gənclərin rolunun artırılması və s. məsələlərin müzakirəsi planlaşdırılır.