Azərbaycan Prezidenti Ilham Əliyev Fransa Konstitusiya Şurasının qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunu ləğvi qərarını söz və fikir azadlığının təzahürü kimi dəyərləndirir. Bu barədə Prezident Administrasiyasının mətbuat xidmətinin məlumatında bildirilir.
“Dövlət başçısı ədalətli qərarı alqışlayır, Fransada bu qəti mövqedə duran bütün insanlara minnətdarlığını bildirir”, - deyə Azərbaycan rəhbərinin rəsmi saytında dərc edilən mətbuat xidmətinin məlumatında bildirilir. .
Fevralın 28-də Fransa Konstitusiya Şurası qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunu ləğv edib.