“Baltika-Bakı” pivə şirkəti “Eurovision-2012” musiqi müsabiqəsinin rəsmi tərəfdaşı olub. Bu barədə şirkətin baş direktoru Adam Tlexuray cümə günü mətbuat konfransında bəyan edib.
“Biz kənarda durmamağı və müsabiqənin rəsmi pivəsi kimi çıxış etməyi qərara aldıq. Avropalılar pivəni sevirlər və düşünürəm ki, bizim məhsulumuz onların ürəyincə olacaq”, - deyə A.Tlexuray bildirib.
Baş direktor həmçinin qeyd edib ki, şirkət mayın 26-sı müsabiqənin finalına qədər davam edəcək “Eurovision-2012”-yə bilet ud” aksiyasına başlayıb. “Biletləri udmaq üçün, 1,5 və 0,5 litrlik butulkada “Xirdalan Draft” və “Xirdalan” pivəsini əldə edərək qapağın altına baxmaq lazımdır”, - deyə A.Tlexuray qeyd edib.
Şaxrux Nizamutdinov marketinqi üzrə baş direktorun müavini markanın yerləşdirilməsinin dəyişikliyini elan etdi. "Bütün bu vaxt ərzində biz şəxsi markanın yerləşdirilməsi olmadan işləyirdik, hərçənd bazarın lideri idilər. Buna görə biz butulkanın və etiketin formasını dəyişdirməyə qərar verdik", - o vurğuladı, əlavə edib ki, dadda (zövqdə) və keyfiyyətdə dəyişikliklər olmadı.
A.Tlexuray bildirib ki, “Eurovision-2012”-də Azərbaycanı dəstəkləyəcək. “Lakin, dəqiq “Buranov nənələri”ni (Rusiyanı təmsil edənlər – İF-Az) deyil”, - deyə o əlavə edib.
“Baltika” 2008-ci il mayın 15-də Bakıda Brasseries Internationales Holding (Eastern) Ltd (BIH Eastern) şirkəti ilə “Baku Castel” pivə zavodunun alınmasına dair müqavilə imzalayıb. “Baltika” 98%-dən çox səhmin sahibi olub. Zavodun alınması üzrə əqdin tam bağlanması 2008-ci ilin avqustunda başa çatıb.
“Baku Castel” zavodu 2000-ci ildə açılıb. Zavodun gücü ildə 6 mln. dekalitr pivədir və onun 10 mln. dala kimi artırılması nəzərdə tutulur.
“Baltika” şirkəti Rusiyanın 9 regionunda 11 pivə zavodunu birləşdirir. Şirkətin əsas sahibi Baltic Beverages Holding (nizamnamə kapitalının 85,6%-nə malikdir) şirkətidir.