Aprelin 4-də saat 12:00-da “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində Azərbaycan Kazaklar İttifaqının rəhbəri Viktor Mereşkinin mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransında ataman Qolovatı adına ordenin təsis edilməsi və Azərbaycan Prezidenti İlham Əliyevin bu ordenlə təltif olunması haqqında məlumat veriləcək.
“İnterfaks-Azərbaycan” agentliyinin ofisi yeni binada aşağıdakı ünvanda yerləşir: İçərişəhər, V.Mustafazadə küç. 6/10, “Sahibtac” biznes-mərkəzi, İsveçrə Konfederasiyası səfirliyinin yanı.
Giriş zamanı xidməti vəsiqələr təqdim edilməlidir.
Əlaqə telefonu: 497-35-07
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.