Polşada “Şərqin simurq quşu.Polyak izi “adlı sərgi açılıb. Bu barədə “İnterfaks - Azərbaycan”agentliyinəAzərbaycanın Polşadakı səfirliyindən məlumat verilib.
Lüblin voyevodalığının Svidnik şəhərində Azərbaycan səfirliyinin və Svidnik şəhər Mədəniyyət Mərkəzinin dəstəyi ilə Azərbaycan və Polşa arasında diplomatik əlaqələrin bərpa edilməsinin 20 illiyinə həsr edilən sərgi təşkil edilib.
Sərginin ekspozisiyası Diana Çişevskayanın Azərbaycana həsr edilən fotomateriallarından ibarətdir.O bu fotoşəkilləriBakıda polşalı memarlar tərəfindən inşa edilən binaları görmək üçün Azərbaycana səfər etdiyi zaman çəkib.
Diana Çişevskaya 10 polşalı tələbənin iştirak etdiyi “Mən Azərbaycan haqqında nə bilirəm” müsabiqəsinin qalibi kimi tanınır.
Sərginin açılışında Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov iştirak edib. O öz çıxışında 20 il ərzində iki ölkə arasında münasibətlərdə əldə edilən irəliləyişləri qeyd edib.
Şəhər meri Valdemar Yakson Azərbaycan səfiri H.Həsənov üçün xüsusi səfər proqramı hazırlayıb.Proqram çərçivəsində muzeylərə səfələr və görüşlər keçirmək nəzərdə tutulur.
Sərgi aprelin 26-na qədər davam edəcək.