Çərşənbə axşamı Bakıda GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti görüşü keçirilib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Görüşdə 2012-ci il üçün Azərbaycanın GUAM-da sədrliyinin prioritetləri müzakirə edilib, üzv dövlətlər arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri, GUAM çərçivəsində sahəvi əməkdaşlıq istiqamətində mövcud vəziyyət, eləcə də “GUAM +” formatında tərəfdaşlarla münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda iclasın yekunlarına dair Protokol imzalanıb.