“Nikoil” İnvestisiya-kommersiya bankının depozit portfeli 2011-2012-ci illərdə iki dəfə – 100 mln. manata qədər artıb. Bu barədə bankdan məlumat verilib.
Məlumatda qeyd edilir ki, son 15 ay ərzində bankın depozit portfeli 50 mln. manat artıb.
“Bizim müştərilərimizin etimadı, onların loyallığı bu nəticənin əsas şərtidir. Resurs bazasının mövcudluğu bankın kredit proqramlarının, həmçinin kiçik və orta biznesin dəstəyi, kollektiv və istehlak kreditləşdirilməsi üzrə davamlı inkişafını təmin edir. Bu bazar seqmentləri üzərində bank öz diqqətini cəmləşdirir”, - deyə bankın idarə heyətinin sədr müavini Sergey Savelyev belə hesab edir.
“Nikoil” bankının səhmdarları “Topaz Investment” (53,1%), “Nikoil” SC (28,7%), “Uralsib-İnvest” MMC (13,9%) və “ISR Holding”dir (4,3%).