Cari ilin birinci rübündə Azərbaycanda qeydə alınan doğum sayının səviyyəsi ölüm səviyyəsindən üç dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Bu ilin yanvar-mart aylarında Azərbaycanda 43,1 min nəfərin doğulduğunu və 14,4 min ölüm faktı qeydə alıpndığını nəzərə alsaq, ö zaman ölkədə əhalinin təbii artımı 28,7 min nəfər təşkil edib”, - deyə DSK-dan bazar ertəsi bəyan edilib.
“Digər sözlə, doğum hadisələri ölüm göstəricilərini üç dəfədən çox ötüb”, - deyə DSK-dan əlavə edilib.
Bununla yanaşı, ölkənin Stasistika Komitəsindən qeyd edilib ki, cari ilin birinci rübü ərzində ötən ilin analoji dövrü ilə müqayisədə respublikanın hər 1 min əhalisinə döğum sayının səviyyəsi 18,9-dan 19 nəfərə qədər artıb. Bununla yanaşı, bu ilin yanvar-mart aylarında doğulan uşaqların 53,8%-nin 38,1 min oğlan, 46,2%-ni qızlatr təşkil edib.
Ümumilikdə, cari ilin birinci rübündə Azərbaycan əhalisi 29,1 min nəfər və ya ölkə əhalisinin ümumi sayından 0,3% artaraq aprelin əvvəlinə 9 mln. 264,2 min nəfər çatıb. Bununla yanaşı, əhalinin 49,6%-ni kişilər, 50,4%-ni isə - qadınlar təşkil edib. Ölkədə hər 1 min kişinin payına 1,015 min qadın düşür.
Bundan başqa, DSK hesab edir ki, Azərbaycanın 22% əhalisini 14 yaşa qədər, 72%-ni - 15-64 yaşlı, 6%-ni - 65 yaşdan yuxarı şəxslər təşkil edir.
DSK-nin məlumatına görə, cari ilin birinci rübündə Azərbaycanda 17,2 min nigah və 2,6 min boşanma qeydə alınıb.