Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) 18-21 mayda Fransada keçiriləcək “Oserin üzüm gülləri ” şərab festivalında Azərbaycan şərabçılarının iştirakını təşkil edir. Bu barədə İqtisadi İnkişaf nazirliyinin məlumatında bildirilir.
Səfər çərçivəsində sahibkarların şərabçılıq sahəsində təcrübə mübadiləsi aparması nəzərdə tutulur.
Festivalda Azərbaycan şərabı və milli mətbəx nümayiş etdiriləcək.
Bundan başqa,səfər çərçivəsində Azərbaycan və Fransa şəhərləri arasında əməkdaşlığa dair memorandum imzalanması planlaşdırılır.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.