Azərbaycan Respublikasının müdafiə naziri Səfər Əbiyev bazar ertəsi Çin və Özbəkistan Respublikalarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Xun Tsuini və Şerzod Fayziyevi qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hər iki görüşdə hərbi əməkdaşlıq məsələlərinin inkişaf perspektivləri müzakirə olunub.
Çin səfiri ölkəsinin Azərbaycana təyin olunmuş yeni hərbi ataşesini müdafiə naziri Səfər Əbiyevə təqdim edib.