Rəsmi İrəvan Suriya və Livandan ermənilərin köçünə stimul verməklə çətin ki, miqrantların işğal edilmiş Azərbaycan torpaqlarına kütləvi axınını təmin etsin. Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Heydər Mirzə belə hesab edir.
“Bu ehtimal bir neçə səbəbdən təhlükə həddinə qədər yüksələ bilməz .Birinci,, işğal olunmuş Qarabağda əhalinin social -iqtisadi vəziyyəti , hətta yoxsul Ermənistanın vəziyyətindən qat-qat pisdir. Suriya ilə müqayisədə Əsədin ən yaxşı vaxtlarında bu “soyuq duş” daşnaq-mühacir romantikası üçün belə, yolverilməz haldır”,- deyə ekspert “İnterfaks -Azərbaycan”agentliyinə bildirib.
H.Mirzənin sözlərinə görə “Əgər Ermənistan dövləti Ermənistana və Qarabağa Yaxın Şərq erməni icmasının əhalisinin daimi yaşamaq üçün cəlb edilməsi ilə bağlı hər hansı ağlabatan vasitələrə malik olsaydı, bunu çoxdan həyata keçirərdi”.
“Ermənistanın özündə əhalinin Rusiyaya axışıb getdiyi bir halda suriyalı ermənilərin Qarabağa yerləşdirilməsi ilə bağlı hansı təhlükədən söhbət gedə bilər? İkincisi, işğal olunmuş Qarabağda kənd təsərrüfatı istisna olmaqla nəsə həyata keçirmək üçün əməli olaraq heç bir imkanın olmadığı bir şəraitdə Qarabağ ermənilərinin qonşuluqda Suriyadan gələn ermənilərin peyda olmasına reaksiyalarını özünüz təsəvvür edin. Bəli orada işverənin obyekti fəaliyyətə başlamazdan artıq altı ay əvvəldən potensial iş yerlərinə namizədlərin növbəsi yaranır”,- deyə o söyləyib.
H.Mirzə hesab edir ki, Azərbaycanın işğal olunmuş torpaqlarına köçməyə qərar verəcək ermənilərin sayı 100-150 ailədən artıq olmayacaq .