Belarusun dövlət başçısı Aleksandr Lukaşenko avqustun 28-29-da Minskdə rəsmi səfərdə olacaq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.Bu barədə “İnterfaks- Qərb” agentliyinə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.
“ Dövlət başçılarının məhdud və geniş tərkibdə danışıqlar aparması planlaşdırılır. Görüşlərdə ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişaf perspektivləri, elmi – texniki və humanitar əməkdaşlıq məsələləri müzakirə olunacaq”.- deyə mətbuat xidmətindən bildirilib.
Həmçinin, gündəliyə beynəlxalq arenada çoxtərəfli inteqrasiya birlikləri çərçivəsində qarşlıqlı əməkdaşlıq məsələlərinin də daxil edildiyi bildirilib.
Prezidentlər arasında aparılan danışıqların yekunlarına əsasən bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.