Ötən həftə Macarıstanın Bakıya ekstradisiya etdiyi Ramil Səfərovu erməni tərəfindən daxil olan terror təhdidlərindən qorumaq üçün Azərbaycan kifayət qədər imkanlara malikdir. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətini rəisi Eldar Sabiroğlu bəyan edib.
“Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, terrorizmdə xüsusi təcrübəyə yiyələnən Ermənistan prezidentinin bu alçaq niyyətinin qarşısını almaq və öz zabitinin həyatını qorumaq üçün Azərbaycan kifayət qədər imkanlara və önləyici tədbirlərə malikdir”, - deyə E.Sabiroğlu çərşənbə axşamı bildirib.
Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, “ənənəsinə sadiq olan Ermənistan prezidenti Serj Sarqsyan R.Səfərovu terror vasitəsi ilə aradan götürmək yolunu seçib” və dolaşan xəbərlərə görə aidiyyəti qurumlara öz göstərişlərini də verib.
E.Sabiroğlu vurğulayıb ki, İrəvanda anlamalıdırlar ki, Azərbaycana hədə-qorxuların əhəmiyyəti yoxdur və bizimlə bu dildə danışmağın vaxtı çoxdan keçib.
Müdafiə Nazirliyinin nümayəndəsi həmçinin RƏSəfərovun azadlığa buraxılamsı ilə əlaqədar bir sıra ölkələrin narahatlığını şərh edib. E.Sabiroğlunun sözlərinə görə, həmin qüvvələrin və havadarların yaxından köməyi ilə Azərbaycanın 20 faiz torpağını işğal edib. Müdafiə Nazirliyinin mətbuat xidmətini rəisi bəyan edib ki, ikili standartlar Ermənistanın keçmiş və hazırki prezidentlərinin hərbi cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında dayanmaqdan xilas olmağa imkan yaradır. Baxmayaraq ki, hər ikisi Azərbaycana qarşı müharibədə və respublikanın dinc sakinlərinin öldürülməsində iştiraklarını açıq şəkildə etiraf ediblər.
“Ramil Səfərovla bağlı Ermənistanın qopardığı məlum hay-küyə gəldikdə isə Müdafiə Nazirliyi bildirir ki, artıq bunun heç bir əhəmiyyəti yoxdur. Zabitimizin vətənə qaytarılması ədalətin, haqqın və Azərbaycan diplomatiyasının təntənəsi kimi qiymətləndirilməlidir”, - deyə E.Sabiroğlu bəyan edib.
Baş leytenant R.Səfərov 2004-cü ildə Macarıstanda NATO-nun hərbi təlimləri zamanı Azərbaycan bayrağını təhqir etmiş erməni zabiti Qurgen Markaryanı affekt vəziyyətində qətlə yetirib. Budapeşt məhkəməsi 2006-cı il aprelin 13-də R.Səfərovu ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edib.
Avqustun 31-də Macarıstan tərəfi R.Səfərovu Bakıya ekstradisiya edib. Həmin gün Azərbaycan Prezidenti onun əfv olunması haqqında fərman imzalayıb.