“Azərsu”ASC 2012-ci ilin sonuna qədər Gəncə şəhərinin su və kanalizasiya təchizatının yenidən qurulması layihəsinin ikinci mərhələsini başa çatdıracaq. Bu barədə ASC-nin məlumatında bildirilir.
İşlər “Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində həyata keçirilir.
Layihəyə uyğun olaraq Gəncə şəhərinin bir hissəsi içməli su ilə Göygöl su mənbəyindən təmin ediləcək .Bu məqsədlə 2012-ci ilin sonuna qədər 24,5 km uzunluğunda olan su kəmərinin və 4 min kubmetr həcmi olan su anbarının tikintisi başa çatdırılacaq.
Gəncə şəhərinin digər hissəsini Qızılqaya su mənbəyi içməli su ilə təmin edəcək.Bu məqsədlə mənbədən şəhərə qədər çəkiləcək 2100 metrlik xəttin artıq 1,6 km k hissəsində işlər yekunlaşdırılıb . Burada tikilən ümumi tutumu 12 min kubmetr olan 3 ədəd yeni su anbarının inşası üzrə işlərin 40 %-ə qədəri yerinə yetirilib.
Həmçinin, Gəncə şəhərində çirkab sutəmizləyici qurğuların tikintisi üzrə texniki iqtisadi əsaslandırma sənədləri hazırlanıb, yaxın vaxtlarda tender prosesinə başlanılacaq.
Ümumilikdə, layihə çərçivəsində Gəncə şəhərində ümumi tutumu 39 min kubmetr olan 5 ədəd yeni su anbarı tikiləcək, müxtəlif diametrli borularla 576 km uzunluğunda paylayıcı su xətti, 582 km uzunluğunda kanalizasiya xətti çəkiləcək, 52 minə qədər ünvanda birləşdirmə aparılacaq və sayğac quraşdırılacaq.
Layihə şəhərdə əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 388 min nəfərin keyfiyyətli içməli su ilə təmin edilməsinə və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Layihə “Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində “Azərsu”ASC tərəfindən Almaniyanın KfW, İsveçrənin SECO və Azərbaycan Hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilir.