Azərbaycan 2012-ci il oktyabrın 1-dən VAZ 21144 və VAZ 21154 avtomobillərinin respublikaya idxalına qoyulan qadağanı tətbiq edir. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bazar ertəsi jurnalistlərə belə məlumat verib.
Onun sözlərinə görə, qadağanın tətbiq edilməsinə səbəb “avtomobillərdə ABS əyləc sisteminin və ən az iki təhlükəsislik yastığının olmamasıdır”.
Xəbər verildiyi kimi, 2012-ci il may ayının 1-dən etibarən hazırlanmış AZS 635-2012 standartlarına əsasən, ABS əyləc sistemi və minimum bir təhlükəsizlik yastığı olmayan minik maşınlarının idxalına qadağan qoyulub.