01.10.2012 13:32

QMİ sədri Azərbaycan məktəblərində İslam dininin əsaslarının tədrisinin tərəfdarıdır

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə orta məktəblərdə İslam dininin əsaslarının tədrisinin tərəfdarıdır.

“İstərdim ki, orta məktəblərdə din fənni tədris edilsin”, - deyə A.Paşazadə Oğuzda keçirilən “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda seminar-treninqdə jurnalistlərə bildirib.

“Şagirdlər özünün mənəviyyatının haradan gəldiyini bilməlidir. Beləliklə, kənardan gələn radikal qüvvələr öz təsirini göstərə bilməyəcəklər”, - deyə o əlavə edib.

A.Paşazadə həmçinin bəyan edib ki, Azərbaycanda mədrəsələrin sayının artırılmasına ehtiyac duyulur. QMİ-nin sədrinin sözlərinə görə, bu gün din xalqın maraqlarına xidmət etməlidir, dini xadimlər bu istiqamətdə işlər aparmalıdırlar. “Dini xadim cəmiyyətin ayrılmaz hissəsidir və zamanın tələblərinə cavab verir”, - deyə o qeyd edib.


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.