GUAM Xarici İşlər Nazirləri Şurası təşkilatın yaradılmasının 15-cü ildönümü münasibəti ilə Kiyevdə növbədən kənar iclas keçirib.
“Xarici İşlər Nazirləri Şurası (XİNŞ) qeyd edib ki, GUAM regional qarşılıqlı əlaqələrin yaradılması kontekstində əhəmiyyətli rol oynayır. XİNŞ GUAM çərçivəsində gələcək məhsuldar əməkdaşlığa ümid etdiyini ifadə edib”,- deyə cümə axşamı təşkilatın mətbuat xidməti GUAM XİNŞ-in bir gün əvvəl keçirilmiş iclasının yekunları ilə bağlı məlumatda bildirib.
İclasda Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın 15 illiyi ilə bağlı Xarici İşlər Nazirləri Şurasının Bəyannaməsi qəbul edilib.(GUAM təşkilatına Gürcüstan İkrayna, Azərbaycan və Moldova daxildir-İF)
İclasda Gürcüstan xarici işlər nazirinin müavini David Calaqaniya, Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Yuri Lyanke, Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko,GUAM-ın baş katibi Valeri Çeçelaşvili iştirak ediblər.İclasa Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sədrlik edib.
İclasda ABŞ, Yaponiya dövlətlərinin səfirləri Avropa Komissiyasının Ukraynadakı nümayəndəsi iştirak ediblər.Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM 1997-ci ildə Gürcüstan, Ukrayna,Azərbaycan və Moldovanın iştirakı ilə yaradılıb( 1999-cu ildən 2005-ci ilə qədər Özbəkistan da bu təşkilatın üzvü olub).