2012-ci il noyabrın 7-də saat 12:00-də “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində Ukraynanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Aleksandr Mişenko və “Cənubi” kosmik aparatlar üzrə konstruktor bürosunun baş konstruktoru Aleksandr Makarovun mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransının mövzusu – “Azərbaycan və Ukraynanın raket-kosmik tədqiqatlar sahəsində əməkdaşlığı”.
“İnterfaks-Azərbaycan” agentliyinin yeni ofisi aşağıdakı ünvanda yerləşir: İçərişəhər, Vaqif Mustafazadə küçəsi 6/10, “Sahibtac” biznes mərkəzi, İsveçrə Konfederasiyası səfirliyinin yanı.
Girişdə xidməti vəsiqələr təqdim edilməlidir.
Əlaqə telefonu: 497-35-07