Azərbaycan və ABŞ hökumətləri arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əmədaşlığa dair Memorandum imzalanıb.
Sənədi çərşənbə günü Bakıda nazir Əli Abbasov və ABŞ Dövlət departamentinin İnformasiya Kommunikasiya Məsələri üzrə əlaqələndiricisi Filip Verver imzalayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri imzalanma mərasimindən məlumat verib.
“Regionda lider olan Azərbaycanın məqsədləri daha yüksəkdir. ABŞ ilə əməkdaşlıq bu liderliyi möhkəmləndirməyə kömək edəcək”, - deyə Ə.Abbasov imzalanma mərasimindən sonra mətbuat konfransında bəyan edib.
F.Verver qeyd edib ki, sənədə əsasən, tərəflər 10 sahədə əməkdaşlıq edcəklər.
“Bizim regional lider, həm də İKT sahəsi üzrə lider kimi Azərbaycana hörmətimiz var. Bu sahəyə yatırılan investisuyalar hökumətin düzgün siyasətini sübut edir”, - deyə F.Verver bildirib.
O əlavə edib ki, ABŞ kibertəhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. “Bu sahədə əməkdaşlıq hər iki tərəf üçün səmərəli olacaq”, - deyə o bildirib.
“Dövlət departamenti internetin imkanlarının ədalətli paylanmasına diqqət yetirir. Bu sahənin inhisara alınması yolverilməzdir, çünki internetdən istənilən şəxs istifadə etməlidir”, - deyə diplomat qeyd edib.
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar həmçinin bu sahədə ölkələr arasında gələcəkdə əməkdaşlığın inkişaf edəcəyinə əminliyini bildirib. “Azərbaycanın müstəqillik dövrü ərzində bütün, həmçinin İKT sahəsində inkişaf müşahidə edilib. Əminəm ki, əməkdaşlığımız davamlı olacaq”, - deyə o bildirib.