2012-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Beynəlxalq Bankı (ABB) 207 mindən çox pul köçürmələri həyata keçirib. Bu barədə bankın məlumatında deyilir.
Məlumata görə, hesabat dövründə təcili pul köçürmələri sistemləri ilə Azərbaycana $93 mln. 109,5 min, 1 mlrd. 207 mln. rubl, 1 mln. 720 min avro, Azərbaycandan xaricə $15 mln., 27 mln. 934 min rubl və 392 min avro köçürülüb.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.