Noyabrın 16-da saat 12:00-da “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində Azərbaycan Kazakları Həmyerlilər Birliyinin atamanı Viktor Mereşkinin mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevin kazakların “Kazak xalqının qəhrəmanı” ali ordeni ilə təltif edilməsi haqqında məlumat veriləcək. O cümlədən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, parlamentin deputatı Mehriban Əliyevanın “Kazak şərəfı” ordeni ilə təltif edilməsi haqqında məlumat təqdim ediləcək.
“İnterfaks-Azərbaycan” agentliyinin yeni ofisi aşağıdakı ünvanda yerləşir: İçərişəhər, Vaqif Mustafazadə küçəsi 6/10, “Sahibtac” biznes mərkəzi, İsveçrə Konfederasiyası səfirliyinin yanı.
Girişdə xidməti vəsiqələr təqdim edilməlidir.
Əlaqə telefonu: 497-35-07