“Yeni Azərbaycan” Partiyasının (YAP) icra katibi Əli Əhmədov və “Yedinaya Rossiya” Partiyası Ali Şurasının Rəyasət Heyətinin üzvü Andrey Klimov cümə günü iki hakim partiya arasında əməkdaşlığı müzakirə ediblər.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin görüşdən verdiyi məlumata görə, tərəflər iki siyasi təşkilat arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini qeyd ediblər.
A.Klimov Ə.Əhmədova dekabrın 3-də Sankt-Peterburqda “Yedinaya Rossiya”nın təşkil edəcəyi Avrasiya məkanındakı siyasi partiyaların toplantısında iştirak etmək üçün rəsmi dəvətnamə təqdim edib.
Ə.Əhmədov öz növbəsində məlumat verib ki, “Yeni Azərbaycan” tədbirdə fəal iştirak edəcək.