SOCAR şirkəti (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) Türkiyədə üç şirkət yaradılması üçün türk iş adamını cəlb edib. Bu barədə “SOCAR Turkey Enerji” şirkətinin (SOCAR-ın törəmə strukturu –İF-Az) prezidenti Kənan Yavuza istinadən Türkiyə mətbuatı məlumat verib.
“K.Yavuzun sözlərinə görə, “Ramsey” şirkətinin sahibi Rəmzi Qurun iştirakı ilə üç şirkət yaradılıb: “SOCAR Turkey Gaz Dağıtım”qazpaylayıcı, “SOCAR Turkey Petrol Enerji Dagıtım” dizel yanacağı, benzin, mazut daxil olmaqla neft məhsullarının paylaşdırılması və “SOCAR Power Enerji Yatırımları” elekrik enerji şirkətləri”, - deyə məlumatda bildirilir.
K.Yavuz qeyd edib ki, “SOCAR Power Enerji Yatırımları” Petkim yarımdasında energetika sahəsinə investisiyalar yatırmaq üçün yaradılıb. Xüsusilə söhbət Petkim neft-kimya kompleksinin yanında dəyəri $1 mlrd., gücü 612 meqavatt oaln istilik elktrik stansiyasından gedir.
“SOCAR Turkey Petrol Enerji Dagıtım” distribyutor şirkəti 2013-cü il yanvarın 10-dan etibarən 2028-ci il yanvarın 10-dək Türkiyənin energi bazarının tənzimlənməsi İdarəsinin təbii qazın topdan satışı üzrə lisenziyasını əldə edib.
Bununla yanaşı, mətbuatın məlumatına görə, R.Qur SOCAR ilə tərəfdaş olduğunu təsdiq etməyib. O bəyan edib ki, “geotermal energetika sahəsinə investisiyalara malik deyil”.