1 mart 2013-cü il tarixinə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin abonentlərinin ümumi sayı 1 mln. 519,986 minə çatıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
Həmin abonentlərin 1 mln. 501,467 mini əhali, 18,519 mini isə qeyri-əhali abonentidir.
“Azəriqaz” abonentlərinin 672,011 mini (662,313 min əhali, 9,698 min qeyri-əhali abonenti) Bakı şəhərinin payına düşür.
Birliyin məlumatına görə, ümumilikdə 1 mln. 519,813 min abonent (99,99%) sayğaclaşdırılıb ki, bu rəqəmin də 1 mln. 501,294 mini əhali (99,99%), 18,519 mini qeyri-əhali (100%) istehlakçılarıdır.
Bakı şəhəri üzrə 662,197 min əhali abonenti (99,98%), 9,698 min qeyri-əhali abonenti (100%), regionlar üzrə isə 839,097 min əhali abonenti (99,99%) və 8,821 min qeyri-əhali abonenti (100%) sayğaclaşdırılıb.
Əhali abonentlərinin mənzillərində təxminən 674 min “smart-kart” tipli sayğac quraşdırılıb.