Fransanın xarici ticarət naziri Nikole Brik iyun ayının sonunda Bakıya səfərə gələcək. Bu barədə cümə axşamı jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Monye məlumat verib.
“Səfərdə məqsəd Fransa-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının iclasında iştirak etməkdir”, - deyə P.Monye bildirib.
Bundan başqa, səfir qeyd edib ki, gələn həftə Fransa tərəfi Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə birgə seminar keçirəcək.