Bazar ertəsi Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişələr üzrə xüsusi nümayəndəsi Andrey Deşitsa Cənubi Qafqaz regionunda mövcud hərbi-siyasi vəziyyəti müzakirə ediblər. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı həmsöhbətlər, həmçinin Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
Qeyd olunur ki, görüşdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko və ATƏT-in Bakı ofisinin rəhbəri Koray Torqay iştirak ediblər.