Azərbaycan Prezidenti İlham Əliyev “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin baş direktoru Aleksandr İvanovu agentliyin 10 illik yubileyi münasibəti ilə təbrik edib.
Təbrik məktubunda deyilir:
“Hörmətli Aleksandr Alekseyeviç,
Sizi agentliyin yaranmasının 10 illiyi münasibəti ilə təbrik edir, agentliyin bütün əməkdaşlarına səadət, firavanlıq və Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni həyatında baş verən hadisələrin işıqlandırılmasında uğurlar arzu edirəm.
20 il əvvəl yaradılmış “İnterfaks” SSRİ-nin süqutu dövrünə təsadüf edən çətin tarixi dövrdə nadir alternativ informasiya mənbəyi idi. Məhz bu agentlik Heydər Əliyevin Kommunist Partiyası sıralarından ayrılması barədə bəyanatını yayıb, həmçinin respublikamızda cərəyan edən mürəkkəb siyasi proseslər barədə obyektiv informasiya verib.
Bu gün müasir Azərbaycanın reallıqlarını işıqlandıran “İnterfaks-Azərbaycan” agentliyi operativlik, etibarlılıq və obyektivlik siyasətinə sadiq qalmaqda davam edir. Ölkəmizin müxtəlif regionlarında agentliyin nümayəndəliklərinin açılması bizim dinamik və ahəngdar inkişafımızın daha bir sübutudur.
Əminəm ki, agentliyin fəaliyyəti bundan sonra da media məkanında ölkəmizin layiqli imicinin formalaşmasına kömək edəcək, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin obyektiv işıqlandırılmasına öz töhfəsini verəcək, eləcə də “Azərbaycan xəbərləri” informasiya lenti vasitəsi ilə müxtəlif sahələrdə geniş informasiya spektri təqdim olunacaq.
Sizə uğurlar arzulayıram.
İlham Əliyev.