Avropa Birliyinin Bakı nümayəndəliyinin yeni təyin edilmiş rəhbəri Malena Mard Bakıya sentyabrın əvvəllərində gələcək.
“O, bir neçə ildir ki, bu regionla məşğuldur və buradakı vəziyyətlə yaxşı tanış olan çox təcrübəli diplomatdır”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə AB-nin Bakı nümayəndəliyindən bildirilib.
Onun sələfi Roland Kobia Bakıda dörd il fəaliyyət göstərib.