Bakıda “Balkan” serb mətbəxi restoranı fəaliyyətə başalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
Restoranın açılış mərasimində Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpus nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Serbiyanın Azərbaycandakı səfiri Zoran Voyoviç “Bakının mərkəzində yerləşən bu Serbiya güşəsinin ziyarətçilərin sevimli məkanına çevriləcəyinə” əminliyini ifadə edib.
“Öz qonaqpərvərliyi ilə şöhrətlənmiş Serbiya qədim və mehriban diyarın bir güşəsini Bakıya gətirib. Bura gələnlər sadəcə nahar və ya şam yeməyi yeməyəcəklər, istirahət etməniz və həzz almanız üçün sizi burada qonaq gözləyirlər”, - deyə Z.Voyoviç bildirib.
“Balkan” restoranı artıq beş ildən çox bir müddətdə Azərbaycanda yaşayan serbiyalı menecer və aşpazların təşəbbüsü ilə yaradılıb. Restoran rəhbərliyi və aşpazlarının bildirdiyi kimi, zəngin sirləri ilə seçilən serb mətbəxi Xorvatiya, Serbiya və Bosniya mətbəxlərinin kulinar ənənələrinin çox gözəl ahəngindən ibarətdir. Bir sözlə, Balkan mətbəxi milli üslubda hazırlanmış ət və balıq yeməkləri, meyvə desertləri və şirniyyatlardan ibarət ləzzət deməkdir.