ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara 7-8 iyul tarixlərində Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər zamanı L.Kojaranın Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşü planlaşdırılıb.
Gözlənildiyi kimi, L.Kojaranın prezident İlham Əliyev və Milli Məclisin spikeri Oqtay Əsədovla, eləcə də hökumətdə görüşləri keçiriləcək.
Danışıqların əsas mövzularının Qarabağ münaqişəsi və oktyabrda ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı olacağı gözlənilir.