Senyabrın 5-də saat 12.00-da "İnterfaks-Azərbaycan" agentliyinin mətbuat mərkəzində dünyanın fond və maliyyə bazarlarının liderlərindən biri olan “MFX GROUP”un Azərbaycanda ofisinin açılışına, eləcə də holdinqin MDB ərazisində inkişaf planlarına həsr olunmuş mətbuat konfransı keçiriləcək. Tədbirdə holdinqin baş direktoru İqor Volkov (Sankt-Peterburq) və MDB ofislərinin rəhbəri Yevgeni Jidkov iştirak edəcəklər.
“İnterfaks-Azərbaycan” agentliyinin yeni ofisi aşağıdakı ünvanda yerləşir: İçərişəhər, Vaqif Mustafazadə küçəsi 6/10, “Sahibtac” biznes mərkəzi, İsveçrə Konfederasiyası səfirliyinin yanı.
Girişdə xidməti vəsiqələr təqdim edilməlidir.
Əlaqə telefonu: 497-35-07