Təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində müsbət qərar verilmiş 165 tələbə ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı nazir tələbələri təbrik edərək onlara təhsildə uğurlar arzulayıb, gənclərin seçdikləri ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssis kimi ölkəmizə dönəcəklərinə əminliyini bildirib.
M.Cabbarovun sözlərinə görə, azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ənənəsi yüksək ixtisaslı mütəxəssislərə olan ehtiyacın ödənilməsinə xidmət edir.
Tələbələr "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ali məktəblərdə təhsil alacaqlar.