"FINCA Azerbaijan" Bank Olmayan Kredit Təşkilatı (BOKT) Azərbaycan Mərkəzi Bankından (AMB) bank fəaliyyəti üçün lisenziya almağa ümid edir. Bu barədə BOKT-un Bakı ofisinin direktorunun vəzifələrinin icraçısı, baş maliyyə meneceri Marko De Natale çərşənbə axşamı mətbuat konfransında bildirib.
“Biz ümid edirik ki, yaxın vaxtlarda "FINCA Azerbaijan" banka çevriləcək. Əminəm ki, AMB bizə bu addımı atmaqda kömək edəcək”,- deyə M.D.Natale vurğulayıb.
“Ola bilsin ki biz gələn il lisenziya alaq. Lakin bu məsələ yalnız AMB-nin səlahiyyətlərinə daxildir”, - deyə o, 2014-cü ildə bank fəaliyyəti göstərmək üçün lisenziyanın verilib-verilməyəcəyinə dair sualı cavablandırarkən qeyd edib.
“FINCA Azerbaijan” 1998-ci ildə yaradılıb və Azərbaycanda mikromaliyyə bazarının liderlərindən biridir.