2013-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda neft emalı zavodları (NEZ) istehsalın həcmini 2012-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 6,2% artırıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövrü ərzində avtomobil benzini istehsalı 8,9% - 1 mln. 286,1 min ton, kerosin istehsalı 11,5% - 645,3 min ton, dizel yanacağı istehsalı 5,4% - 2 mln. 287,5 min ton, neft bitumu istehsalı 7,1% - 288,1 min tona qədər artıb.
11 ay ərzində birbaşa qovulan benzin istehsalında 8,5% - 124,5 min tona qədər, sürtkü yağları istehsalında 27,1% - 43,8 min tona qədər azalma qeydə alınıb.
Azərbaycanda iki neft emalı zavodu - “Azərneftyağ” və Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. Onların ümumi emal gücü ildə 22 mln. ton təşkil edir. Hər iki zavod SOCAR-ın strukturuna daxildir.