“Azəryolservis” ASC Bakının Xətai rayonunun Xocalı prospektində əsaslı təmir işlərini başa çatdırıb. Bu barədə ASC-nin məlumatında deyilir.
“Ümumi uzunluğu 1100 m-dən artıq olan prospekt əsaslı şəkildə yenidən qurulub. Prospekt boyu kommunikasiya xətləri dəyişdirilib, qranit səki daşları düzülüb, asfalt-beton örtük, yağış barmaqlıqları, kommunikasiya quyularının dəmir-beton piltələri və baxış qapaqları yenisi ilə əvəz edilib”,- deyə məlumatda bildirilir.
Xocalı prospektində avtomobillərin hərəkətinə icazə verilib.
N.Abbasova