Cümə günü İsrailin Qəzza zolağını artilleriya atəşinə tutması nəticəsində 8 fələstinli həlak olub. Bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat verir.
Məlumatda qeyd edilir ki, bu, Moskva vaxtı ilə saat 9:00-da 72 saatlıq atəşkəsə dair saziş qüvvəyə mindikdən sonra baş verib.
Telekanalın məlumatına görə, Qəzza zolağının cənubunda Rəfah şəhərinin şərqində yerləşən rayon atəşə tutulub.