06.08.2014 13:31

Latviyanın müdafiə naziri Azərbaycana rəsmi səfərə gələcək

Avqustun 7-də Latviya Respublikasının müdafiə naziri Raymonds Veyonis Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində R.Veyonis Müdafiə Nazirliyində görüş keçirəcək, həmçinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi ilə tanış olacaq.

Səfər avqustun 11-dək davam edəcək.

R.Babayev


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.