Abşeron rayon İcra Hakimiyyəti rayondaxili avtomobil yollarının əsaslı təmiri üçün podratçı seçir. Bu barədə İH-nin elanında deyilir.
Tenderdə lazımi maddi və texniki imkanlara malik olan şirkətlər iştirak edə bilərlər. Tenderdə iştirak haqqı 50 manatdır.
Seçimdə iştirak etmək istəyən şirkətlər tender təklifinin dəyərinin 1%-i həcmində bank zəmanəti ilə müşayiət olunan təkliflərini 13 noyabr 2014-cü il tarixinə kimi təqdim etməlidirlər.
Tender proseduru noyabrın 14-də keçiriləcək.
N.Abbasova