Oktyabrın 2-də saat 12:00-da “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində S.Vurğun adına Rus Dram Teatrının aktrisası, Azərbaycanın xalq artisi Lyudmila Duxovnayanın“Teatr macərası” yubiley gecəsinə həsr olunmuş mətbut konfransı keçiriləcək.
Mətbut konfransında teatrın baş rejissoru Aleksandr Şarovski və dramaturq Vladimir Neverov da iştirak edəcəklər.
“İnterfaks-Azərbaycan” agentliyinin ofisi aşağıdakı ünvanda yerləşir: İçərişəhər, Vaqif Mustafazadə küçəsi 6/10, “Sahibtac” biznes mərkəzi, İsveçrə Konfederasiyası səfirliyinin yanı.
Girişdə xidməti vəsiqələr təqdim edilməlidir.
Əlaqə telefonu: 497-35-07