Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda ÜDM artımını 4,5% səviyyəsində proqnozlaşdırır. Bu barədə BVF-nin saytında dərc edilmiş World Economic Outlook (WEO) hesabatında qeyd edilir.
Xəbər verildiyi kimi, iyun ayında BVF 2014-cü il üçün Azərbaycanda ÜDM artımını 5% səviyyəsində proqnozlaşdırmışdı.
Fond 2015-ci ildə Azərbaycanın iqtisadi artımını 4,3% səviyyəsində proqnozlaşdırır (iyun ayının proqnozu - 4,6%).
Fondun proqnozlarına görə, 2014-cü ildə Azərbaycanda inflyasiya 2,8% (yanvar-dekabr aylarında) (iyun ayının proqnozu - 3,4%), 2015-ci ildə 3% (iyun ayının proqnozu 4,5%) təşkil edəcək.
Fond 2014-cü ildə Azərbaycanın tədiyə balansının profisitini ÜDM-in 14,6%-i (iyun ayının proqnozu - ÜDM-in 15%-i), 2015-ci ildə isə ÜDM-in 10,4%-i (iyun proqnozu - ÜDM-in 9,9%-i) səviyyəsində proqnozlaşdırır.
Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2014-cü ildə ÜDM 3,4% artacaq.
A.Əzizov