2014-cü ilin 9 ayı ərzində Şəmkir rayonunda ümumi daxili məhsulun (ÜDM) həcmi 418 milyon manata yaxın olub, yerli büdcənin gəlirləri isə 102,1% yerinə yetirilib. “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun verdiyi məlumata görə, bu barədə rayonda keçirilən hesabat iclasında məlumat verilib.
Hesabat dövründə 509-u daimi olmaqla 2971 yeni iş yeri açılıb. 2544 ailəyə ünvanlı sosial yardım təyin olunub. Kənd təsərrüfatı məhsullarının istehsalında 2 dəfəyə qədər artım müşahidə edilib.
Bildirilib ki, Şəmkir şəhərində inşa olunan Heydər Əliyev mərkəzi, Dövlət Bayrağı Meydanı, Bayraq muzeyi rayonun simasını tamamilə dəyişir. Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət və idman sahəsində görülən işlər, eləcə də əldə edilən uğurlar ətraflı müzakirə edilib.
F.Mehdiyev