Rusiyanın xarici işlər naziri Avropa Komissiyasının nümayəndələrinin Transxəzər boru kəmərlərinin tikintisinə müdaxilə cəhdlərini yersiz hesab etdiyini bildirərək qeyd edib ki, bu məsələlər yalnız beş Xəzəryanı dövlət – Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan arasında həll olunmalıdır.
“Xəzərin hüquqi statusu haqqında Konvesiya üzərində işdə nizamlanmamış bir-iki məsələ qalır, bu məsələlərdən biri də Transxəzər boru kəmərlərinin tikintisi məsələsidir”, - deyə S.Lavrov bazar ertəsi Moskvada çıxış edərkən bildirib.
O qeyd edib ki, “bir halda ki, bütün məsələlərin xarici təsir olmadan beş Xəzəryanı dövlət tərəfindən həll olunması barədə razılıq əldə edilib, o zaman bu beş dövlət də Transxəzər boru kəmərlərinin hansı şərtlər altında və necə çəkiləcəyi barədə məsələni birlikdə həll etməlidir.
“Bu məsələdə Xəzəryanı dövlətlərə kənardan həll yollarını göstərmək cəhdləri müşahidə olunur. Boru kəmərləri üzrə ideyaların əsas təkanverci qüvvələri avropalı məmurlardır. Bunu düzgün hesab etmirik”, - deyə nazir vurğulayıb.