Cümə axşamı Serbiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Neboyşa Rodiç etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə edildi, Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd olundu.
R.Babayev