16.12.2014 09:28

Azərbaycan deputatı MDB-yə üzv dövlətlərin elm və yaradıcı ziyalılarının Forumunda iştirak edir

Milli Məclisin deputatı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov Moskvada keçirilən MDB-yə üzv dövlətlərin elm və yaradıcıziyalılarının IX Forumunda iştirak edir. Bu barədə parlamentin mətbuat xidməti məlumat verib.

Tədbir iştirakçıları “MDB humanitar məkanının inkişafı: əməkdaşlığın perspektivləri və zamanın çağırışları” mövzusunda müzakirələr aparırlar.

Forum çərçivəsində müxtəlif bölmələr üzrə keçiriləcək yığıncaqlarda mədəni irsin qorunmasında gənclərin rolu, elm və təhsilin inkişafı, mədəniyyətlərarası dialoq və onun möhkəmləndirilməsində kütləvi informasiya vasitələrinin rolu, habelə Böyük Vətən müharibəsində qələbənin 70-ci ildönümünün qeyd edilməsi və 2015-ci ilin Veteranlar ili elan olunması ilə bağlı məsələlərə baxılacaq.

F.Muradovun Moskvaya səfəri dekabrın 17-dək davam edəcək.

R.Babayev


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.