Belarus “Bakı-2015” Avropa Oyunlarında fəal iştirak edəcək. Bu barədə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bəyan edib.
“İlkin məlumatlara əsasən, Oyunlarda 200 nəfərdən ibarət nümayəndə heyətinin iştirakı planlaşdırılır”, - deyə səfir Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, Belarus Azərbaycanın Oyunlara hazırlıq prosesini maraqla izləyir və Azərbaycanın təcrübəsini mənimsəmək niyyətindədir. “Əminik ki, “Eurovision-2012” kimi, bu tədbir də uğurla keçiriləcək. Bu, bizim 2019-cu ildə Gənclər Oyunlarını keçirməyimiz üçün təcrübə olacaq”, - deyə N.Patskeviç vurğulayıb.
F.İsazadə