Dekabrın 25-də saat 11:00-da “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində “Bank VTB (Azərbaycan)” ASC-nin İdarə Heyətinin sədri Yuri Yakovlevin mətbuat konfransı keçiriləcək. Mətbuat konfransı bankın başa çatmaqda olan ildə fəaliyyətinin yekunları və 2015-ci ildəki planlarına həsr olunub.
“İnterfaks-Azərbaycan” agentliyinin ofisi aşağıdakı ünvanda yerləşir: İçərişəhər, Vaqif Mustafazadə küçəsi 6/10, “Sahibtac” biznes mərkəzi, İsveçrə Konfederasiyası səfirliyinin yanı.
Girişdə xidməti vəsiqələr təqdim edilməlidir.
Əlaqə telefonu: 497-35-07